Maarifləndirici görüş təşkil edilib. 

Maarifləndirici görüş təşkil edilib. 

     19 dekabr 2023-cü il tarixdə Nizami Rayonu Polis İdarəsinin təşkilatçılığı ilə məktəbimizdə "Narkomaniya, erkən nikah və onun fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib.
     Tədbirdə məktəb rəhbərliyi, Nizami Rayonu Polis İdarəsinin rəisi, polis polkovniki Ziya Əliyev, Nizami Rayonu Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Zaur İsayev, Nizami Rayonu Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin rəisi, polis mayoru Natiq Yusifov, Nizami Rayonu Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, polis kapitanı Elvin Əliyev, Nizami Rayonu Polis İdarəsinin Veteranlar Şurasının sədri Nazim Knyazov, Nizami Rayonu Polis İdarəsinin Veteranlar Şurasının sədr müavini Firdovsi Bayramov, Nizami Rayonu Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin inspektoru, polis baş leytenantı Qadir Hüseynov və polis leytenantı Nuranə Fətəliyeva, Nizami Rayonu Polis İdarəsinin 23-cü polis bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin baş inspektoru polis mayoru Könül Quliyeva, şagirdlər və müəllimlər iştirak ediblər.
     Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə məktəbin direktoru Şəfayət Orucova açıb. O, qonaqları salamlayıb, daha sonra keçirilən görüşün əhəmiyyətindən söz açıb.
    Nizami Rayonu Polis İdarəsinin rəisi Ziya Əliyev çıxış edərək, ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən  qorunması sahəsində mühüm tədbirlərin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
     Nizami Rayonu Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi Elvin Əliyev öz çıxışında qloballaşan dünyanın qarşılaşdığı çətinliklərdən, mübarizə apardığı böyük bəlalardan biri bəşəriyyətin ağ ölümü adlandırılan narkomaniya, həmçinin erkən nikah haqqında danışıb. O qeyd edib ki, son illər ölkə miqyasında narkomaniya və erkən nikaha qarşı mübarizə tədbirləri geniş miqyas alıb, bu istiqamətdə daha ciddi addımlar atılıb. 
     Nizami Rayonu Polis İdarəsinin Veteranlar Şurasının sədr müavini Firdovsi Bayramov, eləcə də 23-cü polis bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin baş inspektoru Könül Quliyeva narkomaniya, erkən nikah halları, onların törətdikləri fəsadlardan geniş bəhs edərək, qeyd olunan problemlərlə bağlı statistik məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb.
     Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi