VII və IX siniflər üzrə monitorinq keçirilib. 

VII və IX siniflər üzrə monitorinq keçirilib. 

     14 dekabr 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektoru tərəfindən VII və IX siniflər üçün buraxılış imtahanı fənləri üzrə monitorinq həyata keçirilib.
     Monitorinqdə şagirdlərə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim olunub. Tapşırıqlar Azərbaycan və rus bölmələri üzrə iki variantda hazırlanıb. Tapşırıqların icrası üçün şagirdlərə 150 dəqiqə vaxt verilib. Proses sonadək məktəb rəhbərliyinin nəzarəti altında həyata keçirilib. 
     Monitorinqin keçirilməsində əsas məqsəd buraxılış imtahanı fənləri üzrə təqdim olunmuş məzmun çərçivəsində şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi