Peşə təmayüllü siniflərdə praktik imtahan keçirilib.

Peşə təmayüllü siniflərdə praktik imtahan keçirilib.

     08 dekabr 2023 - cü il tarixində məktəbimizdə "Peşə təmayüllü siniflərin təşkili" layihəsinə cəlb olunan 10 "P" sinfində "Qənnadçı" və "Qrafik dizayner" ixtisası üzrə təhsil alan şagirdlər üçün praktik imtahan təşkil olunub. 
     Şagirdlərin hər biri əl işini yüksək səviyyədə təqdim etməklə yanaşı, həm də hazırlanma prosesini izah edib. Bütün şagirdlər imtahanı mükəmməl şəkildə veriblər.
     Direktor Şəfayət Orucova, direktor müavini Səbirə Həsənova və digər imtahan üzvləri şagirdlərin əl işlərini layiqincə qiymətləndiriblər.
     Sonda direktor şagirdlərə və müəllimlərə uğurlar arzu edib.
     Qeyd edək ki, “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.
     Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnəcəklər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi