Maarifləndirici seminar keçirilib.
Maarifləndirici seminar keçirilib.
01 dekabr 2023-cü il tarixdə məktəbin biologiya müəllimi Diana Şxəliyevanın təşkilatçılığı ilə uşaq və gənclər arasında sağlam mühit və sağlam həyat tərzinin geniş təbliğ olunması istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə VIII "ç" sinfində bu mövzuda seminar keçirilib.
Diana müəllim çıxış edərək bildirib ki, uşaqların sağlamlığının qorunmasında və möhkəmlənməsində zəruri şərt kimi qida təhlukəsizliyi, sağlam həyat tərzinin və sanitar-gigiyenik mədəniyyətin təbliği mühüm əhəmiyyət kəsb edir. Uşaqların sağlamlığının pozulması və bir sıra xəstəliklərin yaranması çox zaman onların qidalardan düzgün istifadə etməməsi, sağlam həyat tərzi qaydalarını və sanitar-gigiyenik normaları kifayət qədər bilməməsi səbəbindən baş verir.
O, həmçinin sağlam ətraf mühitin insanın həyatına, səhhətinə təsirindən, ekoloji mədəniyyətdən, sağlam həyat tərzinin vacibliyindən danışıb.
Sağlam həyatın başlıca göstəriciləri haqqında videoçarx izlənilib.
Sonda şagirdlərin sualları cavablandırılıb.