Pedaqoji Şuranın iclası keçirilib.
Pedaqoji Şuranın iclası keçirilib.
30 noyabr 2023-cü il tarixdə Pedaqoji Şuranın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan direktor Şəfayət Orucova çıxış edərək, gündəlikdə duran məsələlər haqqında danışıb.
2023-2024-cü tədris ilinin Fəaliyyət planının həyata keçirilməsi vəziyyəti, məktəb üzrə psixoloji xidmətin təşkilinin vəziyyəti, məktəb inventarının qorunması, şagird davranış qaydaları, müəllimlərin etik davranış qaydaları, RFO-ya şagirdlərin hazırlanması, Kiçik Akademiyanın fəaliyyəti, Məktəbin İnkişaf Planının hazırlanması istiqamətində görülən işlər və bir sıra cari məsələlər, bu tədris ilində görüləcək işlərin və qarşıda duran vəzifələrin müzakirəsi aparılıb.
Direktor müavini Səbirə Həsənovanın çıxışı dinlənilib.
Sonda direktor pedaqoji heyətə öz tövsiyələrini verib.