"Yol hərəkəti qaydalarına riayət edək! "

"Yol hərəkəti qaydalarına riayət edək!"

     30 noyabr 2023-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Əliyeva IV "ç" sinfində yolda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol hərəkəti qaydalarına həsr olunmuş "Yol hərəkəti qaydalarına riayət edək!" adlı dərs təşkil edib.
    Zülfiyyə müəllim əvvəlcə yol hərəkəti qaydaları barədə şagirdlərə geniş məlumat verib. Bildirib ki, bu qaydalardan bəzilərini hər birimiz bilməli və düzgün əməl etməliyik. Yol keçərkən keçiddən istifadə etməli, qırmızı işıq yananda gözləməliyik. Çünki yol hərəkəti qaydalarına düzgün əməl etməmək çox təhlükəlidir. Yol nişanlarından, yolda davranış qaydalarından bəhs edən videoçarx nümayiş olunub. 
     Daha sonra şagirdlər yol nişanları haqqında bildikləri informasiyaları verməklə yanaşı, müxtəlif yol nişanlarını əks etdirən əl işlərini nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi