İnternet təhlükəsizliyi haqqında maarfləndirici dərs təçkil edilib.

İnternet təhlükəsizliyi haqqında maarifləndirici dərs təşkil edilib. 

     30 noyabr 2023-cü il tarixdə məktəbin informatika müəllimi Nüşabə Sadıqova uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması məqsədilə VII "ç" sinif şagirdlərinin iştirakı ilə “Uşaqların internet təhlükəsizliyi” mövzusunda dəyirmi masa təşkil edib.
     Nüşabə müəllim bu mövzuda təqdimatla çıxış edərək, uşaqlara internetdən istifadə edərkən qarşılaşa biləcəkləri təhlükələr barədə məlumat verib, virtual aləmdə yeniyetmələrin dələduzlar tərəfindən necə aldadılaraq təsir altına salınması, şantaj olunması barədə uşaqları xəbərdar edib. Bununla yanaşı, sosial şəbəkələrdən istifadə edərkən hansı təhlükəsizlik qaydalarına riayət etməli olduqları, çətin və yaddaqalan şifrə yaratmağın yolları və s. barədə tövsiyələrini verib. 
     O, sonda mövzu üzrə uşaqların verdiyi sualları cavablandırıb.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi