Maarifləndirici seminar keçirilib.

Maarifləndirici seminar keçirilib. 

     30 noyabr 2023-cü il tarixdə məktəbin biologiya müəllimi Nərgiz Şıxəliyevanın təşkilatçılığı ilə gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair “Sağlam gələcək üçün erkən nikaha yox deyək!” şüarı altında maarifləndirmə tədbiri təşkil olunub.
       Məktəb rəhbərliyinin, müəllimlərin və yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə məktəblilərlə erkən nikah hallarının ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olması haqqında profilaktik söhbətlər aparılıb, erkən nikahların sağlamlıq üçün ciddi təhlükə yaratdığı nəzərə çatdırılıb. Nərgiz müəllimə vurğulayıb ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və ailədaxili zorakılıq hallarına səbəb olur. Erkən nikah hallarının fəsadları barədə videoçarx nümayiş olunub. 
     Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi