Nümunəvi dərs keçirilib.

Nümunəvi dərs keçirilib. 

     27 noyabr 2023-cü il tarixdə məktəbin biologiya müəllimi Hicran Vəlibəyova VI "d" sinfində "Patogenlər, infeksion xəstəliklər və onlardan qorunma vasitələri" mövzusunda nümunəvi dərs təşkil edib. Dərsdə müəllimlər və valideynlər iştirak ediblər.
     Press-konfrans formatında keçirilən dərs zamanı şagirdlər "jurnalistlər" və "elm xadimləri" (kiçik, böyük və aparıcı elmi işçilər) olaraq 2 qrupa bölünüblər. Elmi işçilər jurnalistlərin mövzu ətrafında müxtəlif suallarını cavablandırıblar.
     İnfeksion xəstəliklər, onlara yoluxma halları, əlamətləri, onlara qarşı mübarizə tədbirləri və profilaktikası haqqında məlumatlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi