20 Noyabr - Ağdam Şəhəri Günüdür.

20 Noyabr - Ağdam Şəhəri Günüdür.

     2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gün! Bu tarix xalqımız üçün qürur mənbəyidir.
     Məktəbimizin nəzdində fəaliyyət göstərən “Məktəb teatrı” dərnək üzvlərinin iştirakı ilə Ağdamın işğaldan azad olunmasına həsr olunmuş “Torpağın səsi” adlı tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının himni ilə başlanılıb, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda  canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
     Tədbirdə dərnək üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış edərək, vətənpərvərlik ruhunda şeirlər söyləyiblər, Ağdamın tarixi haqqında məlumatlar veriblər. Mərkəzin “Zirvə” xalq çalğı alətləri ansamblının üzvləri “Azərbaycan oğluyam”, “Xudayar təsnifi“, ”Qarabağ şikəstəsi” mahnıları ilə çıxış ediblər.
     ”Zirvə”rəqs ansamblının  rəngarəng nömrələrlə çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
     Sonda məktəbin direktoru Şəfayət Orucova və Mərkəzin metodiki şöbənin müdiri Rövşən Əliyev çıxış edərək, Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazanılmış tarixi qələbədən danışıblar. Ağdam şəhərində aparılan geniş bərpa, abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə başlanılmasından bəhs olunub, şəhərin siyasi və iqtisadi əhəmiyyəti  barədə məlumat verilib.
     Tədbirin sonunda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

● “Məktəb teatrı”
     Dərnək rəhbəri: Gülnarə Əliyeva

● "Zirvə" xalq çalğı alətləri ansamblı 
   Bədii rəhbər: Samir Səlimov 

● "Zirvə" rəqs ansamblı 
 Bədii rəhbər: Natəvan Musayeva

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi