Şagirdlərin ekskursiyası təşkil olunub.

Şagirdlərin ekskursiyası təşkil olunub. 

     14 noyabr 2023-cü il tarixdə şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə məktəbin riyaziyyat müəllimi Sevinc Məmmədhüseynova VII "b" və VI "c" sinif şagirdlərinin Bakı Zooloji Parkına və Miniatür Kitab Muzeyinə ekskursiyasını təşkil edib.
     Maarifləndirici xarakter daşıyan bu gəzintidə zooparkdakı heyvanlar, onların qida rasionu, saxlanma şəraiti ilə bağlı şagirdlərin sualları cavablandırılıb.
     Daha sonra muzeyi ziyarət edən məktəblilər muzeyin bölmələri ilə tanış olublar. Muzey əməkdaşları tərəfindən şagirdlərə muzeyin tarixi, kitabların növləri və sərgilənən nadir kitablar haqqında ətraflı məlumat verilib, maraqlı faktlar təqdim olunub.
     Müxtəlif növdə və mövzularda 8 minə yaxın miniatür kitabın nümayiş olunduğu muzeydə daha çox diqqət cəlb edən kitablar arasında dünya və Azərbaycan ədəbiyyatının klassikləri, “Kitabi-Dədə Qorqud”, “Qurani-Kərim”, “Koroğlu” kitabları var. Azərbaycan bölməsində daha çox sərgilənən kitablar ölkənin hazırkı və keçmiş dövlət başçıları barəsində yazılan kitablardır.
     Qeyd edək ki, “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən dünyada ilk özəl Miniatür Kitab Muzeyi miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi