Zəfər Günü tədbirləri davam etdirilir.
Zəfər Günü tədbirləri davam etdirilir.
07 noyabr 2023-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Əliyeva rəhbəri olduğu IV "ç" sinfində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş xüsusi dərs keçib.
Şagirdlər Dövlət Himnini səsləndirdikdən sonra Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Zülfiyyə müəllim Azərbaycanın müasir tarixində qürurla anılan Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətini şanlı Qələbəyə aparan daxili və xarici siyasəti, Ordumuzun Zəfər yürüşü və bununla da dünya hərb tarixindəki yeri barədə söz açıb.