"Dilimizi qoruyaq" şüarı altında tədbirlər həyata keçirilir.

"Dilimizi qoruyaq" şüarı altında tədbirlər həyata keçirilir.

     04 noyabr 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Dilimizi qoruyaq" şüarı altında tədbirlərin keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən IV "ç" sinfi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə  ekskursiya edib.
      Sinif rəhbəri Zülfiyyə Əliyevanın başçılığı ilə təşkil olunan ekskursiyada muzey bələdçisi şagirdlərə Ədəbiyyat Muzeyinin yaranma tarixi, habelə Nizami Gəncəvi, Seyid İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş ekspozisiya zalları haqqında geniş məlumat verib. Ədəbiyyat Muzeyində qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, habelə müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri şagirdlərdə dilimizin və ədəbiyyatımızın bu günədək keçdiyi inkişaf yolu barədə dolğun təsəvvür formalaşdırıb.
     Boyük marağa səbəb olan ekskursiya uşaqlarda xoş təəssüratlar yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi