"7-dən 17-yə vətənpərvər!" layihəsi çərçivəsində tədbirlər həyata keçirilir.
"7-dən 17-yə vətənpərvər!" layihəsi çərçivəsində tədbirlər həyata keçirilir.
Şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təsdiq etdiyi müvafiq əmrə əsasən "7-dən 17-yə vətənpərvər!" layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirilir. 25 oktyabr 2023-cü il tarixdə məktəbin tarix müəllimi Fəridə Baxşəliyevanın təşkilatçılığı və X "c" sinif şagirdlərinin iştirakı ilə Qubadlı Şəhəri Günü qeyd olunub.
Fəridə müəllim Qubadlının düşmən tərəfindən işğalı illərinə qayıdıb, o torpaqların yağılar tərəfindən viran qaldığını, xarabalığa çevrildiyini qeyd edib. Lakin hal-hazırda azad Qubadlıda görülən abadlıq-quruculuq işlərindən də bəhs olunub.