"Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici seminar keçirilib.
"Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici seminar keçirilib.
23 oktyabr 2023-cü il tarixdə məktəbin biologiya müəllimi Diana Şxəliyeva, psixoloq Fəxrəndə Kərimli və tibb bacısının iştirakı ilə VI, VII, VIII sinif şagirdləri üçün "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici görüş təşkil olunub.
Məqsəd gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.
Görüş zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilib, maarifləndirici videoçarx nümayiş olunub. Onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub.