Azərbaycan dili fənni üzrə monitorinq keçirilib.
Azərbaycan dili fənni üzrə monitorinq keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına əsasən IV, VI, VII və VIII siniflərdə 23 oktyabr 2023-cü il tarixdə Azərbaycan dili fənni üzrə monitorinq keçirilib. Monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.
Təhsilalanlara 16 tapşırıq təqdim olunub. Sualların cavablandırılması üçün 45 dəqiqə vaxt verilib.
Monitorinq sonadək məktəb rəhbərliyinin nəzarəti altında keçirilib.