22 Oktyabr - Beynəlxalq Məktəb Kitabxanaları Günüdür.

22 Oktyabr - Beynəlxalq Məktəb Kitabxanaları Günüdür.

     1999-cu ildə YUNESKO-nun təşəbbüsü ilə təsis olunan bu günün qeyd edilməsi məqsədilə 20 oktyabr 2023-cü il tarixdə kitabxana müdiri Müşgünaz Orucovanın təşkilatçılığı ilə kitabxanada dəyirmi masa təşkil edilib. Kitabxana müdiri əvvəlcə şagirdlərə məktəb kitabxanası, onun fondu haqqında məlumat verib. Sonra kitabxana və kitabların yaranması, kitab çapı, zəmanəmizdəki kitabxanaların fəaliyyəti və inkişaf yolu barədə danışıb.
     Daha sonra kitabxana əməkdaşı Vəsilə Hacıyeva şagirdlərimizi fondumuzda olan klassik ədəbiyyat və dünya ədəbiyyatı nümunələri ilə, ensiklopediyalar, zəngin lüğətlərimizlə yaxından tanış edib. Şagirdlərə həmişə kitabdan faydalanmağı tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi