20 Oktyabr Zəngilan Şəhəri Günüdür
20 Oktyabr Zəngilan Şəhəri Günüdür!
Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Bu qürurverici və unudulmaz qələbə Zəfər tariximizn ən şanlı səhifələrindən biridir.
Bu əlamətdar hadisəni əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla 20 oktyabr Zəngilan Şəhəri Günü elan edilib. Bu il ilk dəfədir ki, xalqımız bu şanlı qələbəni təntənəli surətdə böyük ruh yüksəkliyi və coşqu ilə bayram edir.
Bu məqsədlə 20 oktyabr 2023-cü il tarixdə məktəbin tarix müəllimi Elnura Paşayeva IX "a" sinif şagirdləri ilə maarifləndirici görüş keçirib və bu günün əhəmiyyətindən danışıb.