18 Oktyabr Müstəqilliyimizin Bərpası Günüdür.

18 Oktyabr Müstəqilliyimizin Bərpası Günüdür. 

     18 oktyabr 2023-cü il tarixdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənovanın təşkilatçılığı və X "c" sinif şagirdlərinin iştirakı ilə Müstəqilliyimizin Bərpası Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir!" adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. 
     Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan yığıncaqda Ulu öndər Heydər Əliyevin və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     Tədbirdə müstəqilliyin tarixi əhəmiyyətindən və Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli müstəqillik yolundan bəhs edən çıxışlar edilib, videoçarxlar nümayiş olunub. Şagirdlərin bir-birindən maraqlı çıxışları alqışlarla qarşılanıb. 
     Sonda məktəbin direktoru Şəfayət Orucova öz çıxışında müstəqil və suveren Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayıb, ölkəmizin hər sahədə sürətlə inkişaf etdiyini, Azərbaycanın dünyada zəfər qazanmış qüdrətli ölkə kimi nümunə göstərildiyini qeyd edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi