17 Oktyabr Füzuli Şəhəri Günüdür

17 Oktyabr Füzuli Şəhəri Günüdür.

     Cənab Prezidentin tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə imzaladığı sərəncama əsasən 17 Oktyabr Füzuli Şəhəri Günüdür.
     Məhz 17 oktyabr 2020-ci il tarixdə cənab Prezident xalqa müraciətində xalqımızı təbrik edərək Füzuli şəhərinin erməni işğalçılarından azad edilməsi müjdəsini vermişdir.  Həmin vaxt çıxışında cənab Prezident bildirmişdir ki, bu gün tarixi bir gündür, 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Budur, biz artıq 17 oktyabr tarixini  Füzuli Şəhəri Günü kimi qeyd edirik.
     Bu məqsədlə 17 oktyabr 2023-cü il tarixdə məktəbin tarix müəllimi Yazgül Məmmədova IX "b" sinif şagirdləri ilə birgə dəyirmi masa keçirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi