Şəhidlərimiz ən ali qürur mənbəyimizdir!
Şəhidlərimiz ən ali qürur mənbəyimizdir!
27 sentyabr 2023-cü il tarixdə məktəbin həyətində Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayan yığıncaqda məktəbin direktoru Şəfayət Orucova çıxış edərək, bu tarixi günün əhəmiyyətindən danışıb, qalib sərkərdə İlham Əliyevin müdrik siyasəti və müzəffər ordumuzun qəhrəmanlığı sayəsində xalqımızın qalibiyyətinin daimi olacağını vurğulayıb.
Məktəbin tarix müəllimi Baxşəliyeva Fəridə çıxışında 44 günlük Vətən müharibəsinin təfərrüatları barədə məlumat verib.
Daha sonra istedadlı şagirdlərimizin ifasında vətənpərvərlik ruhunda şeirlər və mahnılar səsləndirilib.
Sonda şagirdlər şəhidlərin xatirə guşəsinin önünə tər qərənfillər düzüblər.
Allah Şəhidlərimizə rəhmət eləsin!