21 Sentyabr - Beynəlxalq Sülh Günüdür.
21 Sentyabr - Beynəlxalq Sülh Günüdür.
21 sentyabr 2023-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Səfərova Yasəmən III "a" sinfində Beynəlxalq Sülh Gününə həsr olunmuş " Biz sülhə səs veririk!" adlı xüsusi dərs təşkil edib. Dərs zamanı Yasəmən müəllim Beynəlxalq Sülh Gününün yaranma tarixi barədə şagirdlərə ətraflı məlumat verib.
O qeyd edib ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsdiq edilib. Dərsdə, eyni zamanda sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və sülhsevərliyi ilə fərqlənən Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğu qeyd edilib.