18 Sentyabr Milli Musiqi Günüdür
18 Sentyabr Milli Musiqi Günüdür.
18 sentyabr 2023-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Quliyeva Sevda I "a" sinfində Milli Musiqi Gününə həsr olunmuş maarifləndirici dərs təşkil edib. Dərsin əsas məqsədi şagirdlərə Azərbaycan musiqisinin tarixi, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında geniş məlumat vermək, onların musiqiyə olan marağını daha da artırmaq olub.
Sevda müəllimə mədəniyyətə daim böyük diqqət ayıran Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə 1995-ci ildən Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum gününün ölkədə Milli Musiqi Günü kimi qeyd edildiyini söyləyib.
Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətlərini bir daha diqqətə çatdırıb.
Həmçinin Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub, bəstəkarın əsərlərindən ibarət musiqi parçaları səsləndirilib.