Pedaqoji Şuranın ilk iclası keçirilib.
Pedaqoji Şuranın ilk iclası keçirilib.
Sentyabrın 13-də 10 nömrəli tam orta məktəbin 2023-2024-cü tədris ili üzrə ilk Pedaqoji Şura iclası keçirilib. İclasda məktəb rəhbərliyi və pedaqoji heyət iştirak edib. İclası giriş sözü ilə açan məktəbin direktoru Şəfayət Orucova yeni tədris ilinin başlanması münasibətilə kollektiv üzvlərini ürəkdən təbrik edib, onlara bol-bol nailiyyətlər arzulayıb.
Daha sonra qarşıdakı tədris ilinin əsas hədəfləri, görüləcək işlər barədə ətraflı məlumat verilib. İclasın sonunda müəllimlərin təklif və iradları eşidilib, müzakirələr aparılıb.