Pedaqoji Şuranın yekun iclası keçirilib.

Pedaqoji Şuranın yekun iclası keçirilib. 

     23 iyun 2023-cü il tarixində 2022-2023-cü tədris ili üzrə Pedaqoji Şuranın yekun iclası keçirilib. 
     İclası giriş sözü ilə açan məktəbin direktoru Şəfayət Orucova çıxış edərək, tədris ili ərzində görülmüş işlər - ibtidai siniflərdə mövcud vəziyyət, buraxılış siniflərdə imtahan nəticələri, BŞTİ, eləcə də məktəb rəhbərliyi tərəfindən keçirilmiş monitorinqlərin təhlili, rəqəmsal qiymətləndirmələrin aparılmasının hazırkı vəziyyəti və digər məsələlər barədə pedaqoji heyətə məlumat verib. 
     Tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova tədris ili ərzində əldə olunan nailiyyətlər, tərbiyə prosesinin təşkili, valideynlərlə, sinif rəhbərləri ilə işin təşkili, şagird davranış qaydalarının tətbiqi haqqında fikirlərini kollektiv üzvlərinin nəzərinə çatdırıb.
     İclasda, həmçinin müəllimlərin rəy və təklifləri, çıxışları dinlənilib.
     Sonda direktor Şəfayət Orucova pedaqoji heyətə can sağlığı, növbəti tədris ilində yeni nailiyyətlər arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi