"Son zəng" tədbiri keçirilib.
"Son zəng" tədbiri keçirilib.
14 iyun 2023-cü il tarixində məktəbimizdə "Son zəng" tədbiri keçirilib. Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yusif Əliyev, müəllim-şagird kollektivi, valideynlər iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfayət Orucova rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Digər çıxış edənlər də məzunlara xoş arzularını bildiriblər.
Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.
Sonda tədris ilini əla qiymətlərlə bitirən şagirdlərə Fəxri Fərmanlar təqdim olunub.