"Hər birimiz bir çiçək" adlı tədbir keçirilib.

"Hər birimiz bir çiçək" adlı tədbir keçirilib. 

     01 iyun 2023-cü il tarixində məktəbimizdə "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş "Hər birimiz bir çiçək" adlı tədbir - konsert proqramı təşkil olunub. 
     Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəb rəhbərliyi, müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər. 
     Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfayət Orucova çıxış edərək, uşaqların hüququnun təmin edilməsi ilə bağlı 1 iyun 1950-ci il tarixdə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında ətraflı məlumat verib, ölkəmizdə uşaqlara dövlət qayğısının artırılması istiqamətində görülən işlərdən danışıb. O, həmçinin uşaqları bayram münasibətilə təbrik edib, onlara xoşbəxt gələcək, aydın səma arzulayıb.
     Sonra bayram şənliyi davam etdirilib, şagirdlərin ifasında musiqilər səsləndirilib, rəqslər ifa olunub. Şagirdlər özlərinin hazırladıqları şirniyyatlar və digər əl işlərini nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi