28 May - Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib.

28 May - Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib.

     26 may 2023-cü il tarixində Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq və xidmət şöbələri 28 May Müstəqillik Günü ilə əlaqədar 10 nömrəli tam orta məktəbdə “Müstəqilliyimiz milli sərvətimizdir” adlı tədbir keçirib. Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. Tədbiri uşaq şöbəsinin müdiri N.Təhməzova açaraq, bu günün yaranma tarixindən danışıb. VIII ç sinif şagirdləri ilə müzakirə təşkil edib. 
     Sonra metodika-biblioqrafiya şöbəsinin müdiri R.Mustafayeva bu mövzu ətrafında geniş danışaraq bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
     Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərə bu günün mahiyyətini yenidən xatırlatmaq və onların milli ruhda böyümələrinə yardımçı olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi