OCEP layihəsi çərçivəsində Azərbaycan-İsrail dostluğuna həsr olunmuş tədbir keçirilib.

OCEP layihəsi çərçivəsində Azərbaycan-İsrail dostluğuna həsr olunmuş tədbir keçirilib. 

     16 may 2023-cü il tarixində məktəbimizdə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-İsrail dostluğuna həsr olunmuş tədbir keçirilib.
     Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İsrailin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Doron Peer, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru, Xarici İşlər Nazirliyinin idarə rəisi Elməddin Mehdiyev, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Milli Olimpiya Komitəsinin (MOK) Marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva, MOK-un Xarici Əlaqələr şöbəsinin məsləhətçisi Ruslan Məmmədov, məktəb direktorları və digər qonaqlar iştirak ediblər.
     Tədbir Azərbaycanın və İsrailin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. 
     Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfayət Orucova qonaqları salamlayıb və OCEP layihəsi çərçivəsində təşkil olunan tədbirlər barədə danışıb.
     BŞTİ-nin müdiri Mehriban Vəliyeva olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq edən OCEP layihəsi çərçivəsində ölkəmizdə təşkil olunan tədbirləri yüksək qiymətləndirib. İdarə müdiri proqram çərçivəsində İsrailin tarixinin, mədəniyyətinin, incəsənətinin, idman ənənələrinin tədqiq edilməsinin Azərbaycan-İsrail məktəbliləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə rəvac verdiyini bildirib.
M.Vəliyeva OCEP layihəsinə qoşulmuş məktəblərin Azərbaycanı başqa ölkələrdə tanıtmaqla yanaşı, həm də digər ölkələrin tarixi, mədəniyyəti, incəsənəti və idmanının ölkəmizdə təbliğindəki rolundan bəhs edib.
     İsrailin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Doron Peer ölkəsi barədə Bakı məktəblilərinin iştirakı ilə hazırlanan maraqlı proqramı hər iki xalqın sarsılmaz dostluğuna və birliyinə töhfə kimi dəyərləndiriblər. Missiya rəhbərinin müavini bildirib ki, bu tədbir Azərbaycanın multikulturalizm və tolerantlıq mərkəzi kimi dünyada tanındığının bariz nümunəsidir.
     MOK-un Marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva son illər ərzində Azərbaycanın İsraillə əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.
     Tədbirdə digər çıxış edənlər OCEP layihəsinin əsas məqsədinin Avropa Olimpiya Komitələrinə üzv ölkələrin uşaq və gəncləri vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdən ibarət olduğunu diqqətə çatdırıblar.
     Tədbirdə şagirdlərin ifasında İsrail və Azərbaycanın milli rəqsləri, adət-ənənələrini əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş olunub, hər iki ölkənin sənət incilərinə, mədəni zənginliklərinə, milli mətbəxinə həsr olunan pavilyonlara baxış keçirilib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi