Narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici dərs təşkil edilib.

Narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici dərs təşkil edilib.

     15 may 2023-cü il tarixində məktəbin biologiya müəllimi Hicran Vəlibəyova VIII d sinfində "Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici dərs keçib.
     İlk öncə Hicran müəllim dərsin məqsəd və əhəmiyyətindən danışıb. O bildirib ki, narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür.
     Sonra şagirdlər narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən videoçarxı izləyiblər.
     Sonda şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi