"Erkən nikah və onun fəsadları” mövzusunda seminar keçirilib.

"Erkən nikah və onun fəsadları” mövzusunda seminar keçirilib.

     15 may 2023-cü il tarixində məktəbin biologiya müəllimi Diana Şıxəliyeva VIII ç sinfində "Erkən nikah və onun fəsadları" mövzusunda maarifləndirici seminar keçib. Diana müəllim şagirdlərə mövzu ilə bağlı videoçarx nümayiş etdirib,  mövzu haqqında ətraflı çıxış edib. 
     Çıxışda bildirib ki, ölkə qanunlarına əsasən 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır. O qeyd edib ki, digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş fiziki-psixoloji çətinliklərə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə erkən nikaha girən ailələrdə daha çox rast gəlinir.
     Seminarın sonunda şagirdlərin mövzu ətrafında müxtəlif sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi