Heydər Əliyev ili" çərçivəsində tədbirlər davam etdirilir.
"Heydər Əliyev ili" çərçivəsində tədbirlər davam etdirilir.
Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə 27 aprel 2023-cü il tarixində məktəbin tarix müəllimi Rüxsarə Əbdülovanın təşkilatçılığı ilə VIII "ç" sinfində bu mövzuda dəyirmi masa keçirilib. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Rüxsarə müəllim tədbiri giriş sözü ilə açaraq bildirib ki, ümummilli lider qısa zaman kəsiyində ölkəmizdə sabitliyi təmin etmiş, Azərbaycanı inkişaf yoluna çıxarmışdır. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daimi sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır.
Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan videomateriallar nümayiş olunub. Şagirdlərin ifasında ümummilli liderimiz haqqında məlumatlar, ona həsr olunan şeirlər, mahnılar səsləndirilib.