Çörək zavoduna ekskursiya təşkil olunub.

Çörək zavoduna ekskursiya təşkil olunub. 

     Uşaqların inkişaf xüsusiyyətlərinə uyğun peşəyönümlü fəaliyyətlərin həyata keçirilməsi və şagirdlərin maarifləndirilməsi məqsədilə 25 aprel 2023-cü il tarixində məktəbin riyaziyyat müəllimi Sevinc Məmmədhüseynovanın təşəbbüsü və təşkilatçılığı ilə VI "b" və V "c" sinif şagirdlərinin 1 nömrəli Çörək Zavoduna ekskursiyası təşkil olunub. 
     Ekskursiya zamanı zavodun əməkdaşları şagirdlərə çörəyin bişirilmə texnologiyası və avadanlıqlar haqqında geniş məlumat veriblər. Şagirdlər zavodda "Un və un məhsullarının hazırlanması" və “Texniki təhlükəsizlik” mövzuları üzrə məlumatlar əldə edib, müasir çörəkbişirmə texnikası ilə tanış olublar. 
     Hər zaman müqəddəs nemət sayılan çörəyin hazırlanma prosesi şagirdlər tərəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi