Nizami rayonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.
Nizami rayonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.
Nizami Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı ilə birgə “Heydər Əliyev İli” çərçivəsində 12 mart 2023-cü il tarixində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə konfrans keçirib.
Konfrans iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı videoçarx nümayiş olunub.
Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Musa Qasımlı, Aydın Hüseynov, Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.
Konfransın sonunda Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Onu da qeyd edək ki, bu müsabiqədə 90 referat komissiya üzvlərinə təqdim olunub, ümumilikdə 5 mövzu üzrə 14 ən yaxşı referat seçilib.
Çox sevindirici haldır ki, məktəbin IX c sinif şagirdləri - Quliyeva Fidanın "Heydər Əliyev və qüdrətli Azərbaycan", Behbudova Zilanın "Azərbaycan II dünya müharibəsi dövründə" mövzusunda yazdıqları referat yazı işləri seçilənlərin içərisində yer alıb.
Təqdimat mərasimində məktəbin direktoru Şəfayət Orucova, elmi rəhbərlər - məktəbin tərbiyə işləri üzrə direktor müavini dil-ədəbiyyat müəllimi Səbirə Həsənova və tarix müəllimi Fəridə Baxşəliyeva, digər müəllimlərimiz iştirak ediblər.
Sonda Nizami Rayon İcra Hakimiyyəti tərəfindən seçilmiş 14 referat müəllifi olan məktəblilərə hədiyyələr təqdim olunub.
Bu münasibətlə elmi rəhbərləri və şagirdlərimizi təbrik edir, uğurlarının bol olmasını arzulayırıq.