31 Mart-Azərbaycanlıların Soyqırımı günüdür.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür.
31 mart 2023-cü il tarixində məktəbin tarix müəllimi Elnurə Paşayevanın təşkilatçılığı və IX a sinif şagirdlərinin iştirakı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova, kitabxana müdiri Müşgünaz Orucova iştirak ediblər.
Elnurə müəllim ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək, mənfur qonşularımızın tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiyini söyləyib. Şagirdlər mövzu ətrafında maraqlı faktlarla çıxış edib, düşmənin çirkin oyunlarının qarşısını almağa hər zaman hazır olduqlarını vurğulayıblar.
Direktor müavini çıxış edərək keçirilən bu tədbirlərin gənc nəsildə vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından əhəmiyyətli rola malik olduğunu qeyd edib.