"Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində mühazirə keçırılıb.

"Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində mühazirə keçirilib.
"Dəyərlərimizi qoruyaq!" layihəsi ilə bağlı Tədbirlər Planının 2.4-cü bəndinə əsasən 16 mart 2023-cü il tarixində məktəbin kitabxanasında dil-ədəbiyyat müəllimi Mirzəyeva Rəfiqə və kitabxana müdiri Orucova Müşgünazın təşkilatçılığı və V a sinif şagirdlərinin iştirakı ilə Novruz bayramının tarixi, adət-ənənələri haqqında mühazirə təşkil olunub. Tədbirdə Nizami Rayon Mərkəzi Kitabxanasının nümayəndələri, məktəbin tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova, müəllimlər iştirak ediblər.
Mühazirə zamanı xalqımızın qədim köklərə malik bayramı olan Novruzun yaranma tarixindən, adət-ənənələrindən danışılıb. Qeyd olunub ki, Novruz ölkəmiz və xalqımız üçün həmişə tarixi əhəmiyyət daşıyıb, əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edib, milli adət-ənənələri öz qəlbində yaşadıb. Dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə Novruzun aşıladığı milli dəyərləri qorumaq və onları gələcək nəsillərə ötürmək tövsiyə edilib.
Şagirdlər Novruza həsr olunmuş şeirlər söyləyib, mahnılar səsləndiriblər.