"Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində tədbirlər həyata keçirilir.

"Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində tədbirlər həyata keçirilir. 

     BŞTİ-nin "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı təsdiq etdiyi Tədbirlər Planının 2.1 bəndinə əsasən 14 mart 2023-cü il tarixində bir sıra siniflərdə təşkilat saatları Novruz bayramına həsr olunub. 
     VI a sinfində keçirilən tədbir də milli-mənəvi dəyərlərimizin, Novruz adət-ənənələrinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. 
     Sinif rəhbəri Sevinc Ağayeva xalqımızın qədim tarixini əks etdirən, milli adət-ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixindən, Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyətindən, Novruz atributlarından bəhs edib. O bildirib ki, bu bayram təkcə bizim deyil, ümumilikdə türk xalqlarının mənəvi dəyəri hesab edilir.
     Sonra şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları tədbirə xüsusi rəngarənglik qatıb. 
     Tədbirdə iştirak edən məktəb rəhbərliyi də uşaqların sevincinə şərik olub. Direktor Şəfayət Orucova şagirdləri Novruz bayramı münasibətilə təbrik edib. O qeyd edib ki, bu gün Novruz tonqalları həm də işğaldan azad olunmuş torpaqlarımızda alovlandırılır, artıq Novruz sevincinə Zəfər sevincimiz də qatılıb. Direktor, həmçinin şagirdlərə milli-mənəvi dəyərlərimizi qorumağı, tariximizi öyrənməyi, adət-ənənələrimizi, dəyərlərimizi gələcək nəsillərə ötürməyi tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi