1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür.
1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür.
01 mart 2023-cü il tarixində məktəbin İllik Fəaliyyət Planına əsasən 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, hərbi rəhbər Elxan Şükürov, müəllimlər və şagirdlər iştirak ediblər.
Direktor müavini Zərif Həsənova çıxış edərək, Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu, Azərbaycanın bu təşkilatda rolu barədə ümumi məlumat verib.
Daha sonra hərbi rəhbər Mülki Müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəladə hallara qarşı hazırlıqlı olmağın yolları haqqında geniş bəhs edib.
Tədbirin praktiki hissəsində fövqəladə hallarda insanlara ilk yardım zamanı süni tənəffüs verilməsi, zədələnmə zamanı ilk yardımın göstərilməsi qaydaları nümayiş olunub. Şagirdlərin bu mövzuda sualları cavablandırılıb.