İdman həftəsi keçirilir.

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 27 fevral-3mart 2023-cü il tarixində ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi nəzərdə tutulub. 
     27 fevral 2023-cü il tarixində İdman həftəsi ilə əlaqədar olaraq fiziki tərbiyə müəllimləri Mehdiyev Məhəmməd və Hacıyeva Rənanın təşkilatçılığı ilə səhər gimnastikası təşkil edilib. 
     Bundan başqa fiziki tərbiyə müəllimi Məmmədxanlı Teyyub və sinif rəhbərləri tərəfindən İdman növləri haqqında söhbətlər aparılıb. 
     Qeyd edək ki, proqrama uyğun olaraq həftə ərzində məktəblilərin iştirakı ilə mövcud qaydalara uyğun gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlər təşkil olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi