Xocalı soyqırımının 31-ci ıldönümünə həsr olunmuş tədbir keçırılıb.

Xocali soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. 

     "Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"na əsasən 24 fevral 2023-cü il tarixdə Xocalı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədilə məktəbin dil-ədəbiyyat müəllimi Talıbova Rəfiqənin təşkilatçılığı ilə "Xocalı - yaram mənim" adlı tədbir təşkil olunub. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. 
     Yığıncaq Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. V b və VII b sinif şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş mahnılar, şeirlər səsləndirilib. Xocalı dəhşətlərini əks etdirən videoçarxlar nümayiş etdirilib. Ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər haqqında ətraflı məlumat verilib. 
     Direktor müavini Səbirə Həsənova çıxış edərək, Xocalı hadisələrinin mahiyyəti, onun ağır nəticələrindən danışıb, bu həqiqətləri hər zaman dünyaya çatdırmaq, onu unutmamaq üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi