Pedaqoji Şuranın iclası keçirilib.
Pedaqoji Şuranın iclası keçirilib.
22 fevral 2023-cü il tarixdə "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot layihəsinin tətbiqinə həsr olunmuş Pedaqoji Şura iclası keçirilib. İclasda məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak ediblər.
Məktəbin direktoru Şəfayət Orucova 10 nömrəli tam orta məktəbin də pilot məktəb seçildiyini iştirakçıların nəzərinə çatdırıb və "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" haqqında ətraflı məlumat verib, qaydaların tətbiqi ilə bağlı verilən sualları cavablandırıb.
Qeyd olunub ki, qaydalar ilkin olaraq seçilmiş 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilir. Ümumilikdə 322 min nəfərdən çox şagirdi əhatə edən həmin müəssisələrdə davranış qaydalarının pilot tətbiqi cari tədris ilinin sonunadək davam edəcək.