Beynəlxalq Ana Dili Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Beynəlxalq Ana Dili Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
21fevral 2023-cü il tarixdə məktəbin İllik Fəaliyyət Planına əsasən dil-ədəbiyyat müəllimi Mirzəyeva Rəfiqə və kitabxana müdiri Orucova Müşgünazın təşkilatçılığı və V a sinif şagirdlərinin iştirakı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Dilimiz varlığımızdır!" adlı dəyirmi masa təşkil olunub.
Beynəlxalq Ana Dili Gününün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdır.
Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova, bəzi müəllimlər, Nizami Rayon Mərkəzi Kitabxanasının nümayəndələri də iştirak ediblər.
Çıxış edənlər şagirdlərə Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat veriblər. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusilə vurğulanıb.
Şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.