Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
20 fevral 2023-cü il tarixdə Xocalı soyqırımının 31-ci ildönümünün qeyd edilməsi məqsədilə 10 nömrəli tam orta məktəbin və 8 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "Xocalını unutmayaq, unutdurmayaq!" adlı tədbir keçirilib.Tədbirin təşkil olunmasının əsas məqsədi Vətən yolunda canından keçənlərin xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini daha da yüksəltmək və Xocalı soyrıqımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdan ibarətdir.
Tədbirdə bir sıra qonaqlar - Xocalı faciəsinin canlı şahidi Dürdanə Ağayeva, tanınmış muğam ifaçısı Pərvaz İbrahimli, məktəb direktorları, müəllimlər, validey…