2 fevral -Gənclər gününə həsr olunmuş tədbir keçırılıb.
2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
01 fevral 2023-cü il tarixdə məktəbin kitabxana müdiri Müşgünaz Orucovanın təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü ilə əlaqədar “Sabahın gəncləri” adlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagirdləri, Nizami Rayon Mərkəzi Kitabxanasının, 4 saylı filialın nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Mərkəzi Kitabxananın və 4 saylı filialın əməkdaşları R.Mustafayeva və V.Sadıqova 2 fevral – Gənclər Günü ilə əlaqədar məlumat verərək qeyd ediblər ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb.
Daha sonra Müşgünaz Orucova və kitabxanamızın əməkdaşı Vəsilə Hacıyeva çıxış edərək bildiriblər ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır.Ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə sübut edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Sonda şagirdlər Azərbaycan gənclərinin ölkənin həm mədəni, həm də ictimai həyatında yüksək fəallığı , vətənpərvərliyi, dövlətə və vətənə bağlılığından söhbət açıblar.