20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçırılıb.

20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. 

     Bu gün "20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq məktəbin dil-ədəbiyyat müəllimləri Sima Balayeva və Xanım Hüseynovanın təşkilatçılığı ilə "20 Yanvar - xalqımızın qəhrəmanlıq günüdür" adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər. 
     Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 20 Yanvar hadisələri haqqında geniş məlumat verilib. Şagirdlərin ifasında  vətənpərvərlik ruhunda müxtəlif şeir və mahnılar səsləndirilib. O qanlı gecənin vəhşətlərini əks etdirən videoçarxlar nümayiş olunub. 
     Sonda məktəbin direktoru Şəfayət Orucova çıxış edərək, 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğunu bildirib. O, həmçinin qeyd edib ki,  20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə acı ilə xatırlanacaq gün deyil, həm də millətimizin qəhrəmanlığını nümayiş etdirməyi bacardığı gündür. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

     Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi