20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
"20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş Tədbirlər Planı"na əsasən bu gün məktəbin kitabxanasında kitabxana müdiri Müşgünaz Orucova və dil-ədəbiyyat müəllimi Rəfiqə Mirzəyevanın təşkilatçılığı ilə bu mövzuda dəyirmi masa keçirilib. Tədbirdə Nizami Rayon Mərkəzi Kitabxanasının nümayəndələri də iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. V a sinif şagirdlərinin təqdimatında 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndirilib, tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələrinin mahiyyəti barədə məlumat verilib. Çıxış edənlər faciənin baş verdiyi dövrün tarixi-siyasi şəraitini geniş təhlil edib, bu hadisənin xalqımızın milli-azadlıq hərəkatına böyük təkan verdiyini vurğulayıblar.