Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub. 

     Məktəbin İllik Fəaliyyət Planına əsasən 28 dekabr 2022-ci il tarixdə Uşaq Birliyi Təşkilatının rəhbəri Ellada Xəlilovanın təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər. 
     Yığıncaq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfayət Orucova 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən söz açıb, bu ənənənin dünya azərbaycanlılarının milli kimliyinin inkişafındakı önəmindən bəhs edib. 
     VIII, IX sinif şagirdlərinin ifasında Azərbaycanın birliyi, bütövlüyünə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib. Həmrəylik gününün yaranma tarixindən bəhs edən videomateriallar nümayiş olunub
.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi