Nümunəvi dərs keçirilib.

Nümunəvi dərs keçirilib. 

     Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi məqsədilə 28 dekabr 2022-ci il tarixdə məktəbin dil-ədəbiyyat müəllimi Allahverdiyeva Gülnarə IX sinifdə bu mövzuda nümunəvi dərs keçib. Dərs prosesində direktor müavinləri, dil-ədəbiyyat müəllimləri iştirak ediblər. 
     Gülnarə müəllim Ə.Cavadın dünyagörüşündə türkçülük və istiqlalçılıq, Ə.Cavad poeziyasının özəlliyi olan mövzu rəngarəngliyi, Ə.Cavad yaradıcılığında istiqlal mücadiləsi mövzusunda dəyərli fikirlər səsləndirib. O bildirib ki, hələ Gəncə mədrəsəsində oxuduğu illərdən Əhməd Cavadın dünyagörüşünün formalaşmasında turançılıq ideyaları özünü göstərməyə başlayıb. Türkçülük fəlsəfəsi Balkan savaşı və Birinci Dünya müharibəsi illərində şairin ədəbi-bədii yaradıcılığında aparıcı xətt kimi özünü göstərib. Latın qrafikalı əlifbanı müdafiə edən ilk ziyalılardan olan, Balkan müharibəsində iştirak edən, könüllü əsgər kimi İstanbulun azad olunması uğrunda döyüşən, I Dünya müharibəsində ermənilərə qarşı vuruşan Əhməd Cavad Türkiyə ərazisindəki əsir, qaçqın və köçkünlərə yardım hərəkatının aktiv iştirakçılarından olub. Bakıdakı ”Cəmiyyəti-xeyriyyə” təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad saxta ittihamlarla həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb və 1937-ci il repressiyasının qurbanı olub.
     Daha sonra şagirdlər Cümhuriyyət nəğməkarının həyat və yaradıcılığı haqqında müəyyən məlumatlar veriblər və yaddaşlara həkk olunan şeirlərindən parçalar səsləndiriblər.
     Sonda bu cür şəxsiyyətlərin zəngin irsinin öyrənilməsi, nümunəvi həyat və yaradıcılıq fəaliyyətlərinin gənc nəsil arasında təbliği yüksək qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi