OCEP layihəsi çərçivəsində açıq dərs keçirilib. 

OCEP layihəsi çərçivəsində açıq dərs keçirilib. 

     10 nömrəli tam orta məktəb OCEP 2022-nin üzvləri sırasındadır. Təhsil Proqramında qardaşlaşmış məktəblər konsepti çərçivəsində 10 nömrəli tam orta məktəb İsrail dövlətini təmsil edir.
     Bu məqsədlə 26 dekabr 2022-ci il tarixdə OCEP layihəsi çərçivəsində məktəbin V e sinfində sinif rəhbəri Ruhəngiz Əliyevanın təşkilatçılığı ilə İsrailə həsr edilmiş açıq dərs keçirilib. Görüşdə qonaq qismində Milli Olimpiya Komitəsinin əməkdaşı Ceyhun Rəhmanov və İsrail Badminton Federasiyasının prezidenti Nir Sadeh, məktəbin direktoru Şəfayət Orucova iştirak ediblər. 
     Şagirdlər əvvəlcə Azərbaycanın, daha sonra İsrailin himnini ifa ediblər. İsrailin coğrafi mövqeyi, ərazisi, iqlimi və iqtisadiyyatı haqqında maraqlı təqdimatlar nümayiş olunub. Müxtəlif idman hərəkətləri göstərən şagirdlərin çıxışları qonaqların xüsusi marağına səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi