Əhməd Cavadın yubileyinə həsr olunmuş tədbir keçirilib. 

Əhməd Cavadın yubileyinə həsr olunmuş tədbir keçirilib. 

     20 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 10 nömrəli tam orta məktəbin birgə hazırladığı Əhməd Cavadın anadan olmasının 130 illik yubileyinə həsr olunmuş "Susmaram" adlı tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanı canından artıq sevən, onun uğrunda olmazın işgəncələrə dözən, repressiyaya məruz qalan şairin həyat və yaradıcılığını işıqlandırmaq, əziz xatirəsini yaşatmaqdır.
     Tədbirdə fəxri qonaq qismində dəvət olunmuş şairin nəvəsi Almas xanım, Respublikanın Xalq artisti Azər Zeynalov, bədii qiraət ustası Kamran Yunis, Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev, ATV-nin əməkdaşı Günay Firudinqızı, məktəb direktorları, mərkəzin dərnək rəhbərləri, 10 nömrəli məktəbin rəhbərliyi, müəllim, şagird və valideynləri iştirak ediblər. 
     Tədbir Ə.Cavadın sözlərinə bəstələnmiş Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
     Daha sonra Əhməd Cavadın həyat və fəaliyyətindən bəhs edən videomaterial nümayiş olunub. Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Rəqs", "Bədii Qiraət", "Məktəb Teatrı" dərnəklərinin üzvləri, eləcə də məktəbimizin istedadlı şagirdlərinin ifasında səhnəciklər nümayiş etdirilib, şeirlər səsləndirilib, rəqslər ifa olunub. Xalq artisti Azər Zeynalov istiqlal şairi Ə.Cavadın sözlərinə bəstələnmiş bir neçə mahnı, bədii qiraətçi Kamran Yunis isə şairin yaradıcılığından şeirlər səsləndirib.
     Əhməd Cavad işığına toplaşan qonaqlar çıxış edərək, Azərbaycan ədəbiyyatında onun özünəməxsus yerə sahib olduğunu qeyd ediblər. Cümhuriyyət nəğməkarının örnək həyat və yaradıcılığının, vətənpərvərlik motivləri ilə zəngin ədəbi irsinin gənc nəsil arasında təbliğinin vacibliyindən danışıblar. 
     Sonda məktəbin direktoru Şəfayət Orucova və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə Aslanova tədbir iştirakçılarına təşəkkür edib, bu cür tədbirlərin davamlı olmasının əhəmiyyətini vurğulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi